27 Yanvar 2026, Çərşənbə axşamı
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
“Qarabağ” Liverpula yollanır
Millimiz Danimarkaya qalib gəldi

Ölkə futbolu

“Qarabağ” “Simurq”dan “Kəpəz”ə qədər

Azərbaycan Premyer Liqasının XVII turu son illərdə nadir təsadüf olunan hadisə ilə əlamətdar olub. 12 qat Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Kəpəz”ə 0:2 hesabı ilə uduzub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Ağdam klubunun Premyer Liqa matçında öz meydanında bir topdan artıq fərqlə uduzması təxminən 14 ildən sonra qeydə alınıb. 2011/12 mövsümündə “Bakı” səfərdə 4:2 hesabına sevinib. 2012-ci il aprelin 22-də baş tutan həmin görüşdən 5025 gün sonra “Kəpəz” eyni fərqlə qalib gəlib.

“Qarabağ”ın çempionatdakı ev oyununda qol vurmadan 2 və ya daha çox top buraxması isə Qurban Qurbanovun komandadakı debüt mövsümündə yaşanıb. 2008/09 mövsümündə “Simurq” ağdamlıların meydanında 2:0 hesabına sevinib. 17 il əvvəl – 2008-ci il sentyabrın 27-də keçirilən görüşdən 6328 gün sonra eyni nəticə təkrarlanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31