1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Harramizin "Neftçi"yə keçidi rəsmiləşdi

“Neftçi” növbəti transferini reallaşdırıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, San-Tome və Prinsipi Demokratik Respublikasından olan Harramiz Quita Ferreyra Soares ilə 2 il müddətinə müqavilə bağlanıb.

30 yaşlı futbolçu yeni komandasının heyətində 11 nömrəli formanı geyinəcək. Harramiz Portuqaliyanın “O Elvas” (2009-2010), “Aljustrelense” (2010-2011), “Uniao Montemor” (2011-2013), “Benfika B” (2013-2014), “Farense” (2014-2016), “Kovilya” (2016-2017), “Akademika” (2017-2018), “Tondela” (2018), “Mafra” (2018-2019), “Leyşoynş” (2019-2020) və “Eştoril” (2021) klublarında çıxış edib.

Son mövsüm 23 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. Harramiz 2015-ci ildən San-Tome və Prinsipi milli komandasında 15 oyun keçirib, 2 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini transfer edib. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31