30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Andrey Lunyov: “Rusiya futboluna baxmıram”

Rusiya millisinin düşərgəsində olan "Qarabağ"ın qapıçısı Andrey Lunyov yerli mətbuata açıqlamalar verib.

Futbolxeber.az saytının “Sovsport”a istinadən verdiyi məlumata görə, o, əvvəlcə Avropa Liqasının 1/8 finalında "Bayer"lə oyunlar haqda danışıb: "Əlbəttə ki, mərhələni keçə bilməməyimiz çox üzücüdür. Çünki hər iki oyunda qələbəyə yaxın idik. Amma nəticə belə oldu. Futboldur, biri qazanır, biri uduzur. Ümumilikdə yaxşı oynadıq”.

Lunyov karyerası ilə bağlı gələcək planları haqda sualı da cavablandırıb: "Hələlik diqqətimi millinin oyunlarına cəmləmişəm. Sonra mən kluba qayıdıram, orada mənə verilən tapşırıqları həll etməliyəm. Sonra isə olanları görəcəyik".

Lunyov Rusiya çempionatını izləmədiyini də bildirib: "Mən Rusiya futboluna baxmıram. Ona görə də dəqiq nəsə demək çətindir. Ancaq onu deyə bilərəm ki, "Zenit" çempion olacaq. Buna əminəm".

Qeyd edək ki, Lunyov Rusiya millisinin ötən gün Serbiya ilə keçirilən yoldaşlıq oyununda (4:0) ehtiyatda qalıb. Rusiya millisi növbəti yoldaşlıq matçını martın 25-də Moskvada Paraqvaya qarşı keçirəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30