30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Veşoviç üçün 90, Yankoviç üçün 66 dəqiqə, Prosineçkidən uğurlu debüt

“Qarabağ”ın formasını geydiyi Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının heyətində növbəti oyuna çıxıblar.

Futbolxeber.az saytının məlumatına görə, hər iki futbolçu Belarusa qarşı keçirilən matçın start heyətində yer alıb.

Veşoviç görüşü əvəzolunmadan keçirdiyi halda, Yankoviç 66-cı dəqiqədə Marko Bakiçlə əvəzlənib.

Görüş Monteneqro yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə gətirən qolları ilk hissədə Marusiç və Krstoviç vurub.

Qeyd edək ki, Monteneqro millisi 3 gün sonra Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Əlavə edək ki, Monteneqro yığmasına hazırda milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki rəhbərlik edir. Belarusla matç onun yeni vəzifəsində debütu idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30