29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Xarici futbol

Türkiyəli qapıçı bu gün “Mançester Yunayted”də debüt edəcək

Altay Bayındır bu gün “Mançester Yunayted”in heyətində debüt edəcək.

Futbolxeber.az saytının məlumatına görə, türkiyəli qapıçı “Nyuport”a qarşı keçiriləcək kubok oyununda meydana çıxacaq.

Bu barədə “Qırmızı şeytanlar”ın baş məşqçisi Ten Haaq “Daily Mail”ə açıqlamasında bildirib:

“Bəli, Altay qapıda olacaq. Daha əvvəl o, vətənində iddialı klubun heyətində böyük təzyiq altında çıxış edib. Odur ki, təzyiqin öhdəsindən necə gəlmək lazım olduğunu bilir. Biz bazar gününü səbirsizliklə gözləyir. Altay öz şansını gözləyirdi və həmin an gəlib artıq”.

Qeyd edək ki, 25 yaşlı qolkiper 2023-cü ilin sentyabrında “Mançester Yunayted”lə müqavilə imzalasa da, hələ ki rəsmi görüşlərdə meydana çıxmayıb.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30