29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Xarici futbol

Xavi: “Barselona”da insanları gedişindən sonra qiymətləndirirlər”

Xavi baş məşqçisi olduğu “Barselona”nı tənqid edib.

Futbolxeber.az saytının “Marca”ya istinadən verdiyi məlumata görə, ispan mütəxəssis bildirib ki, Kataloniya klubunda insanlara zamanında lazımi qiymət verilmir:

“Klubda biz insanları yalnız onların gedişindən sonra qiymətləndiririk. İndi Valverde, Kuman, Buskets, Alba... qiymətlidir. Halbuki burada olduqları zaman az qalırdılar onları məhv etsinlər. İndi isə əziyyətləri vurğulanır. Bu, düşünmək üçün ciddi əsasdır. Ümid edirəm ki, gedəndən sonra mənim üçün də darıxacaqsınız. Nəyim varsa, qorumağa çalışıram. Mən dünyanın ən yaxşı klubundayam. Burada olduğum üçün xoşbəxtəm və bunu qiymətləndirirəm”.

Qeyd edək ki, son zamanlar “Barselona”nın Xavini tezliklə istefaya göndərəcəyi barədə xəbərlər yayılıb. 44 yaşlı mütəxəssis isə bildirib ki, bu xəbəri mətbuat aylardır yazır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30