29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Xarici futbol

"Atalanta"nın direktoru "Qarabağ" ilə qarşılaşmaq ehtimalından danışdı

"Atalanta"nın icraçı direktoru Luka Perkassi komandasının Avropa Liqasının 1/8 final mərhələsindəki potensial rəqiblərindən danışıb.

Futbolxeber.az saytının məlumatına görə, potensial rəqiblər arasında “Qarabağ” da var. L.Perkassi isə “Corriere Bergamo”ya açıqlamasında Ağdam təmsilçisi ilə qarşılaşma ehtimalına da toxunub:

"Bacarsaydım, artıq qarşılaşdığımız komandalardan qaçardım. Yeni rəqiblə qarşılaşmağımızı istərdim. Məsələn, "Sparta". Uzaq Azərbaycanda "Qarabağ"la qarşılaşmaq necə olardı? Hər yeni rəqib bizim üçün yaxşıdır".

Qeyd edək ki, "Atalanta" Avropa Liqasında 1/8 final mərhələsində pley-offun qaliblərindən biri ilə qarşılaşacaq. “Qarabağ” isə pley-off-da "Braqa" ilə üz-üzə gələcək. İlk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30