30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

İmmobile Səudiyyə Ərəbistanıdan aldığı təklifi geri çevirməsinin səbəbini açıqladı

 “Latsio”nun və İtaliya millisinin hücumçusu Çiro İmmobile yayda Səudiyyə Ərəbistanı klublarından aldığı təklifləri geri çevirməsi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, “Radio RAI”yə açıqlamasında italiyalı forvard bu addımı millidəki karyerası üçün atdığını bildirib:

“Millidəki karyeramı davam etdirmək istəyirəm. Hələ də “Skuadra Adzurra”ya kömək edəcək gücü özümdə hiss edirəm. Qarşıdan isə Avropa çempionatı gəlir. Odur ki, hazırda bütün diqqətimi “Latsio”nun və millinin uğurlarına yönəltmişəm”.

Qeyd edək ki, 33 yaşlı forvard ötən mövsüm “Latsio”nun heyətində bütün turnirlər nəzərə alınmaqla 38 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə verib. Yayda təcrübəli forvard Səudiyyə Ərəbistanıdan illik 25 milyon avroluq təklif alsa da, klubunu dəyişməkdən imtina edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30