30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

“Turan Tovuz”un müdafiəçisi millimizin rəqibinə qarşı oynadı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi Avstriya yığması yoldaşlıq görüşü keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Ralf Ranqnik yetirmələrini Moldova ilə görüşdə sınayıb.
 
Linzdə baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Moldovalılar 3-cü dəqiqədə Vitali Damaşkanın qolu sayəsində hesabı açıblar. Lakin 50-ci dəqiqədə Mixael Qreqoriç bərabərlik topunu vurub. Avstriya yığmasının heyətində yarımmüdafiəçi Deyan Lyubiçiç 35-ci dəqiqədə zədələnərək əvəzlənib.
 
“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldovanın heyətində 90 dəqiqə mübarizə aparıb. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə ehtiyatda qalıb.
 
Qeyd edək ki, Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 12-də İsveçin qonağı olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30