29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Xarici futbol

Xabi Alonso: “Məqsədimiz yalnız qrupun qalibi olmaqdır”

“Bu, asan olmayacaq. Matçlara tam məsuliyyətlə yanaşacağıq. Məqsədimiz yalnız qrupun qalibi olmaqdır".

Futbolxeber.az saytının "Westdeutsche Zeitung"ə istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso deyib.

Bu gün atılan püşkü dəyərləndirən ispaniyalı mütəxəssis bildirib ki, qrupun favoriti olsalar da, rəqiblər də ciddiyə alınası komandalardır: "Keçən il Avropa Liqasının yarımfinalında “Roma” ilə oyun (0:1, 0:0) ətrafında yaranan eyforiya bizi daha da diqqətli olmağa vadar edir. Bəli, biz qrupun favoritiyik, lakin rəqiblərimiz ciddi qəbul edilməli komandalardır”.

Xatırladaq ki, “Bayer” H qrupunda “Qarabağ”la yanaşı, İsveç “Hakken”i və Norveçin “Molde” klubu ilə mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30