29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Xarici futbol

Rakitiç Mourinyonun ən yaxşı 3 məşqçidən biri hesab edir

“Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiç Avroliqanın finalında qarşılaşacaqları “Roma”nın baş məşqçisi Joze Mourinyo barədə danışıb.

Futbolxeber.az saytının “Tuttosport”a istindən verdiyi məlumata görə, xorvat futbolçu portuqaliyalı mütəxəssisin öz işində dünyanın ən yaxşılarından biri olduğunu qeyd edib:

“Bizi çox çətin final gözləyir. İlk növbədə ona görə ki, “Roma”nı dünyanın ən yaxşı 3 məşqçisindən biri olan Joze Mourinyo çalışdırır. O, dahi məşqçidi, Avropada demək olar ki, mümkün olan bütün kubokları qazanıb. Portuqaliyalı xüsusi strateqdi, sözün bütün mənalarında unikaldı”.

Qeyd edək ki, Avroliqanın finalı mayın 31-də keçiriləcək. “Sevilya” və “Roma” arasındakı həlledici qarşılaşma Budapeştdəki “Puşkaş Arena”da oynanılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30