4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

“Nant”ın baş məşqçisi: "Qarabağ"la oyun bizim üçün vacibdir"

"Qarabağ"la UEFA Avropa Liqasındakı matç bizim üçün vacibdir".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare səfərdə "Nitsa" ilə 1:1 hesablı heç-heçə etdikləri Liqa 1-in XII tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis avrokubok qarşılaşmasının onlara irəliləmək üçün imkan verəcəyini bildirib: "Ancaq bizim üçün daha önəmli olan çempionatdır. Növbəti bazar günü "Klermon"la üz-üzə gələcəyik. Əsas məqsədimiz rəqibi məğlub etməkdir. Lazım olan resursları tapacağıq. Biz geridönüş etmək üçün kifayət qədər güclüyük".

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31