11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Xarici futbol

"Neftçi"nin sabiq baş məşqçisi 4 oyundan sonra istefa verdi

Slovakiyanin "Nitra" klubunun baş məşqçisi, "Neftçi"nin keçmiş çalışdırıcısı Anatoli Demyanenko istefa verib.

Futbolxeber.az saytının xarici KİV-lərə istindən verdiyi məlumata görə, 60 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. İstefanın səbəbi haqda məlumat verilməyib.

Qeyd edək ki, "Nitra"nın ukraynalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 4 oyunda 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyəti var idi.

Xatırladaq ki, Demyanenko 2008-ci ildə "Neftçi"ni çalışdırıb. Onun rəhbərliyi altında “ağ-qaralar” artıq tarixin yaddaşına köçmüş İntertoto kubokunda finala kimi irəliləyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31