26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

"Azərbaycanda yalnız bir klub Qriqorçukun ambisiyalarına uyğundur"

Ukrayna mətbuatı "Astana"dan ayrılan Roman Qriqorçukun karyerasına harada davam etməsi ilə bağlı yazı hazırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, yazıda "Qəbələ"nin sabiq çalışdırısının Azərbaycana qayıtmaq variantı da müzakirə olunub:

"Göründüyünü kimi, Şərqdə Roman Qriqorçukun sərgüzəştləri sona yaxınlaşır. Azərbaycanda ukraynalı məşqçi özü haqqında gözəl bir iz qoydu. Ancaq yerli çempionatda yalnız bir klub Qriqorçukun ambisiyalarına uyğundur - "Qarabağ". Amma orada uzun müddətdir Qurban Qurbanov  uğurla işləyir və heç kim onun getməsini dilə gətirmir. Qazaxıstanda Qriqorçuk qeyri-müəyyən və qeyri-sabit nəticələrlə yadda qaldı . Məşqçinin özü yerli çempionatın çətinliklərindən, xüsusən də uzaq məsafəli uçuşlardan danışdı. Qriqorçukun özü də çətin ki orada qalmaq istəyirdi.. Ukrayna futbol dairələrində məşhur olan şərq yolu - Səudiyyə Ərəbistanı da real variant kimi görünmür. Qriqorçuk elə adlı-sanlı və məşhur məşqçi deyil ki, yerli şeyxləri cəlb etsin. Bəli, Çempionlar Liqasının qrup mərhələsinə yollanmağı arzulayan bir məşqçiyə indi Səudiyyə Ərəbistanına getmək qəribə olardı".

Yazıda Qriqorçukun karyerasını vətənində davam etdirməsinin ən düzgün variant olacağı vurğulanıb. Onun Kiyev "Dinamo"su, "Şaxtyor" və "Zarya"da çalışa biləcəyi bildirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30