29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Xarici futbol

Perişiç: “Azərbaycanı məğlub etməsək...”

Xorvatiya millisinin futbolçusu İvan Perişiç AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiya üzərində qazandıqları 4:0 hesablı qələbədən danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Rusiyadakı dünya çempionatındakı hər matçdan daha yaxşı oynadıqlarını deyən 30 yaşlı yarımmüdafiəçi bildirib ki, etdikləri hər hücumda qol şansı yarada biliblər.

Slovakiya ilə qarşılaşmada qollardan birinin müəllifi olan Perişiç sentyabrın 9-da qarşılaşacaqları Azərbaycanla matçın vacibliyinə də toxunub: "Slovakiya ilə oyun əsas ola bilər. Amma Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30