26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Modriç karyerasını hansı klubda başa vuracaq?

Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi oyunçu karyerasını hazırkı klubunda sonlandırmaq istədiyini bildirib:
 
"Mənim klubla iki illik müqaviləm var. Ümid edirəm ki, daha bir mövsüm bu komandada qalacam. Karyeramı burda bitirmək istərdim. Ailəm də Madriddə xoşbəxtdir. Bu böyük klub üçün oynamaqdan zövq almaq istəyirəm".
 
Luka Modriç "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının builki qalibidir. O, 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. O daha əvvəl FIFA tərəfindən "The Best" və UEFA tərəfindən mövsümün futbolçusu mükafatlarına layiq görülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30