26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

Himn səslənən zaman etdiyi hərəkətə görə cəzalandırıldı

Çin Futbol Assosiasiyası “Şandun Lunen”in futbolçusu Dieqo Tardellini 1 oyunluq cəzalandırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, buna səbəb 33 yaşlı braziliyalı hücumçunun Super Liqanın XXVII turunda “Şanxay Şanqan”la səfər matçının start fitindən əvvəl dövlət himni səslənən zaman üzünü qaşımasıdı.
 
Onun davranışı ictimaiyyət üçün pis örnək kimi qiymətləndirilib. Oyun “Şandun Lunen”in 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
 
Tardelli 2015-ci ilin yanvarından bu komandada çıxış edir. O, daha əvvəl vətənində “San-Paulu”, “Flamenqo”, “Atletiko Mineyro”, Rusiyanın “Anji” və Qətərin “Əl-Qarafa” klublarının formasını geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30