26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Argentina klubları uydurma “erməni soyqırımı”na görə türk və Azərbaycan şirkətlərinin təklifini geri çevirib

Məşhur “Turkish Airlines” şirkəti ilə sponsorluq müqaviləsi haqda danışıqlar aparan Argentinanın “Rasinq” klubu türklərin təklifini geri çevirib. Futbolxeber.az-ın məlumatına görə, bu haqda apertura.com saytı xəbər yayıb.

Məlumatda qeyd olunur ki, “Rasinq”in sponsorluq müqaviləsindən imtina etməsinin səbəbi “erməni soyqırımıdır”.

Belə bir iddia ilə erməni milli komitəsinin Cənubi Amerikadakı rəhbəri Alfonso Tabakyan çıxış edib. O, uydurma “erməni soyqırımı”nın 1915-ci ildə türklər tərəfindən törədildiyini vurğulayıb. Tabakyan iddia edir ki, soqırım zamanı 1 milyondan artıq insan öldürülüb və Türkiyə tərəfi bu faktı təkzib edir.

Argentina mətbuatında o da qeyd olunur ki, ötən il bu ölkənin “San Lorenso” klubu da Azərbaycan şirkətinin sərfəli sponsorluq təklifini məzh bu səbəbdən geri çevirib.

Tabakyan uydurma “erməni soyqırımı”ndan söz açsa da, ermənilərin Azərbaycan torpaqparını zəbt etməsindən, burada törətdikləri vəhşilikləri “unudub”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30