26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Xarici futbol

Frank Raykard baş məşqçi karyerasını başa vurdu

Türkiyənin “Qalatasaray” futbol komandasının sabiq baş məşqçisi Frank Raykard karyerasını başa vurduğunu bəyan edib. Lent.az-ın “Voetbal International”a istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis fəaliyyət sahəsini dəyişmək istədiyini bildirib.
 
Lakin o, gələcəkdə hansı işlə məşğul olacağını deməyib. Raykard qeyd edib ki, heç vaxt 60 yaşadək işləmək niyyətində olmayıb.
 
Qeyd edək ki, Frank Raykard 2013-cü ilin yanvarında Səudiyyə Ərəbistanının milli komandasının baş məşqçi postundan istefaya göndərildikdən sonra heç yerdə çalışmayıb. Hərçənd, o, həm futbolçu, həm də baş məşqçi kimi zəngin karyeraya malik olub. Hollandiya “Ayaks”ının heyətində Çempionlar Liqasını, İtaliya “Milan”ında 2 dəfə Çempionlar Kubokunu qazanmış Raykard Hollandiya millisi ilə 1988-ci ildə Avropa çempionluğu əldə edib. Raykard baş məşqçi qismində isə İspaniya “Barselona”sını 2006-cı ildə Çempionlar Liqasının,  eləcə də 2 dəfə İspaniya çempionatı və kubokunun qalibi edib. Bundan başqa təcrübəli mütəxəssis 2000-ci ildə Hollandiya millisinə Avropa çempionatının bürünc medalını qazandırıb. O, 2001-2002-ci illərdə Hollandiya “Sparta”sına, 2009-cu ilin iyunundan 2010-cu il oktyabrın 20-dək Türkiyə “Qalatasaray”ına rəhbərlik edib.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30