26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Soçi olimpiadasında tarixi hadisə

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyi növü üzrə yarışlarda tarixi hadisə baş verib. Lent.az-ın məlumatına görə, qadınların sürətli enişinin yekununda birinci yeri iki idmançı tutub.
 
Sloveniyalı Tina Maze və isveçrəli Dominik Gizin finişə eyni vaxtda – 1 dəqiqə 41,57 saniyəyə çatıblar. Bununla da hər 2 idmançı qızıl medala layiq görülüb.
 
Amma bu hal olimpiadalar tarixində dağ xizəkçiliyi növündə ilk dəfə baş verib. Əvvəllər 2002-ci il Solt-Leyk-Siti Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında da 2 qalib olub. Daha bir maraqlı məqam isə Gizinin 5 il öncə Dünya Kubokunun mərhələ yarışında da qızıl medalı isveçli Anya Personla bölüşdürməsi olub – 1:47,52.
 
Qeyd edək ki, dağ xizəkçiliyinin sürətli eniş növündə idmançının sürəti hətta saatda 140 km-ə də çatır, uçuşun uzunluğu isə 40 – 50 metr olur.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30