26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

“Dördlər finalı” Bakıda keçiriləcək!

Futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması üçün AFFA UEFA-ya müraciət etmiş, Avropa futbol qurumunun ekspertləri bununla bağlı Bakıda monitorinq aparmışdı. Futbolxeber.az-ın məlumatına görə, monitorinqlə bağlı hesabat UEFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında təqdim olunub və hesabata əsasən futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması ilə bağlı qərar qəbul edilib.

“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı  “Dördlər finalı”nın oyunları 2014-cü ilin aprel ayında Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.

Xatırladaq ki, “Araz” əsas seçmə mərhələnin ilk oyununda Hollandiyanın “Eyndhoven” komandasına 6:3, ikinci qarşılaşmada Macarıstanın "Qyor ETO" klubuna 5:0, Portuqaliyanın "Sportinq" klubuna isə 6:3 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30