29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Azərbaycan boksçuları Avropa birinciliyinə Özbəkistan və Serbiya yığmaları ilə birgə hazırlaşırlar

Azərbaycan boksçuları Avropa birinciliyinə Özbəkistan və Serbiya milliləri ilə birgə hazırlaşırlar.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Boks Federasiyası açıqlama yayıb.
 
Bildirilib ki, gənc boksçulardan ibarət Özbəkistan və Serbiya milli komandaları Bakı Boks Mərkəzində Avropa birinciliyinə hazırlaşan yığmamızla birgə məşq edirlər. 20 idmançıdan ibarət heyətlə ölkəmizə gələn özbəklər və serblər təlim-məşq toplanışı çərçivəsində yığmamızın üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayırlar. Komandalar martın 31-dək birgə hazırlıq keçəcəklər.
 
Azərbaycan yığmasının baş məşqçisi Elbrus Rzayev birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını bildirib. Onun sözlərinə görə, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir.
 
Qeyd edək ki, Avropa birinciliyi aprelin 2-15-i aralığında Xorvatiyanın Poreç şəhərində keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30