30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Azərbaycanın güləş milliləri hazırlığı Bakıda davam etdirirlər

Güləş üzrə Azərbaycan milliləri aprelin 5-7-də keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı Bakıda davam etdirirlər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti açıqlama yayıb.

Sərbəst güləş millimiz martın 17-də təlim-məşq toplanışına başlayıb. Türkmənistan, Macarıstan və İspaniya yığmaları ilə yanaşı, İtaliya, Estoniya və Bolqarıstandan bir neçə güləşçi də AGF-nin təlim-məşq bazasında keçirilən hazırlıq prosesinə qatılıb.

Qadın güləşçilər də həmin tarixdən etibarən sonuncu toplanışa start veriblər. Yaxın günlərdə Rusiya və Rumıniya kimi güclü millilərin də komandamızla birgə hazırlıq prosesində iştirakı gözlənilir.

Yunan-Roma güləşi yığmamız isə martın 22-də eyni məkanda toplanışa başlayacaq. Almaniya, Serbiya və İspaniyanın müvafiq komandaları da Bakıya təşrif buyuracaq. Birgə toplanışa İtaliya və ABŞ-dan bir neçə güləşçinin qatılması da planlaşdırılır.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turnirinin proqramına əsasən, aprelin 5-də yunan-Roma güləşi, 6-da qadın güləşi, 7-də isə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Yarışın biletlərini iticket.az saytından və “İticket”in satış nöqtələrindən almaq mümkündür.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30