29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Azərbaycan stolüstü tennisçilərindən uğurlu nəticə

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası” yarışında uğurlu nəticəyə imza atıblar.

Futbolxeber.az saytının məlumatına görə, Nevşehirdə təşkil olunan beynəlxalq turnirin komanda yarışlarında məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallıdan ibarət kollektiv 13 yaşadək idmançılar arasında ikinci yeri tutub.

Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazovadan ibarət komanda isə 15 yaşadək idmançıların mübarizəsində bürünc medal qazanıb.

Mükafatları Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Oktay Çimen və Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova təqdim ediblər.

Hər iki yaş qrupunda final görüşləri beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasovaya həvalə olunub.

Qeyd edək ki, idmançılar martın 17-də yekun vurulacaq yarışın son günlərində şəxsi mübarizədə qüvvələrini sınayacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30