29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Azərbaycan güləşçilərindan 10 medal

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Astanada keçirilən Jaksılık Uşkempirov turnirində iştirak ediblər.

Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 millisinin 10 üzvü fəxri kürsüyə qalxıb.

Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq) və Davud Məmmədov (77 kq) çempion olublar. İsmayıl Rzayevlə (82 kq), Əli Quliyev (87 kq) gümüş, Hüseyn Savadov (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə ediblər.

Beləliklə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medal olmaqla ümumilikdə 10 medalla başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30