29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

“Azərreyl” çempionluğu hədəfləyib

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Azərbaycan çempionluğunu hədəfləyib.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu klubun mətbuat xidmətinə açıqlamasında baş məşqçi Cengiz Akarçeşme deyib.
 
Türkiyəli mütəxəssis “Gəncə”ni 3:0 hesabı ilə məğlub etdikləri Yüksək Liqanın XVII turunun matçından sonra fikirlərini bölüşüb: “Bizim üçün yaxşı oyun oldu. İstədiklərimizi yerinə yetirdik və 3 xal qazandıq. Bu görüş pley-offa hazırlıqlardan biri idi. Mövsümü çempion kimi başa vurmaq istəyirik”.
 
“Azərreyl”in xorvatiyalı voleybolçusu Katarina Pilepiç də yaxşı oyun keçirdiklərini bildirib: “Çıxışımızdan razı qaldıq. Hər kəs əlindən gələni etdi və komanda oyunu göstərdik. Hər birimiz müsbət enerji və qələbə inamı ilə meydana çıxmışdıq. Kollektiv şəkildə uğur qazana bildik”.
 
Qeyd edək ki, “Azərreyl” hazırda 42 xalla çempionatda liderlik edir.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30