29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

“Hədəfim Azərbaycana boksda ilk Olimpiya qızılını qazandırmaqdır”

“Püşk məni çox çətin rəqiblərlə üz-üzə qoymuşdu, keçirdiyim 4 görüşün hər birində güclü və titullu boksçularla döyüşdüm. Hədəfim daha yaxşı forma yığıb, Azərbaycana boksda ilk qızıl medalı qazandırmaqdır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) deyib.

İkiqat Avropa çempionu vəsiqəni rəsmiləşdirdiyi İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində çıxışını dəyərləndirib: “Komandamız çox yaxşı hazırlıq keçmişdi. Hazırda yaxşı formadayam və İtaliyaya yollanarkən də özümə inanırdım. Məqsədim yalnız yarımfinala yüksəlmək və Vətənə lisenziya ilə dönmək idi. Döyüşlərimə gəlincə, hər biri çətin keçdi. Startda dünya çempionatının hindistanlı bürünc medalçısı Deepak Deepakı, ardınca mundialın gürcüstanlı finalçısı, Avropa çempionu Sahil Alahverdovini mübarizədən kənarlaşdırdım”.

Hüseynovun sözlərinə görə, 1/8 finala daha rahat çıxıb və Avropa çempionatının ikincisi olan erməni Rudolf Qarboyanla görüşdə qələbə qazanacağına arxayın olub: “Çünki U-22-lər arasında Avropa çempionatının finalında ona bir dəfə qalib gəlmişdim. Gözlərinə də baxanda hiss edirdim ki, məndən çəkinir. Yekunda inamlı döyüşlə mərhələ adladım”.

Boksçu 1/4 finalda Rosko Hillə (ABŞ) əzmkarlığı sayəsində qalib gəldiyini vurğulayıb: “Ona birinci raundda uduzduqdan sonra özümü toparladım. Hillədək ən güclüləri məğlub etmişdim. Ağlımda ancaq qələbə və lisenziya qazanmaq idi. Şükürlər olsun ki, dünya çempionatının daha bir finalçısına qarşı əzmkarlıq göstərdim və qələbə qazandım”.

Yığmanın lideri artıq Paris-2024-ə hazırlaşacağını vurğulayıb: “Hədəfim daha yaxşı forma yığıb, Azərbaycana boksda ilk qızıl medalı qazandırmaqdır. Olimpiadada ancaq çempionluq barədə fikirləşirləşəcəyəm”.

Qeyd edək ki, Nicat Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30