29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Federasiya prezidenti hakimlərlə görüşdü

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə "ASK Arena"da Texniki Komitənin üzvləri, ağırlıqqaldırma üzrə digər beynəlxalq dərəcəli hakimlər və mütəxəssislərlə görüş keçirib.

Futbolxeber.az saytına federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, iştirakçıları salamlayan federasiya prezidenti hakimlərin ağırlıqqaldırma ictimaiyyətinin vacib üzvlərindən biri olduqlarını qeyd edib.

O bildirib ki, idmançı və məşqçilərlə yanaşı, onlar da beynəlxalq arenada ölkəmizi təmsil edirlər və bu səbəbdən də bu sahəyə diqqətin artırılması mütləqdir.

Nəbizadə federasiyanın bu istiqamətdə bir sıra addımlar atacağını, bunun gələcəkdə öz müsbət effektini verəcəyinə inamını ifadə edib. O, xüsusilə hakimlərimizin xarici dil biliklərinin artırılmasının vacibliyini önə çıxarıb, gələcəkdə bu amilə də müstəsna əhəmiyyət veriləcəyini diqqətə çatdırıb.

Sonra mütəxəssislərə söz verilib. Onların da iştirakı ilə müzakirələr zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlər dilə gətirilib, rəy və təkliflər verilib. Səmərəli keçən bu cür görüşlərin mütəmadi təşkil olunması qərarı qəbul edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30