29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib

Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, hesabat-seçki xarakterli toplantıda Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev qurumun 2023-cü ildəki fəalliyəti ilə bağlı çıxış edib, qarşıdakı ildə görüləcək işlər və hədəflər barədə məlumat verib.

Vurğulanıb ki, 2023-cü ildə beynəlxalq arenada 8-i qızıl olmaqla 30 medal qazanılıb. Ötən il bu rəqəm 20 olub.

Azərbaycan bir sıra beynəlxalq badminton yarışları və Avropa Badminton Konfederasiyasının Konqresinə evsahibliyi edib. Bu idman növünün regionlarda inkişafı ilə bağlı bir sıra proqramlar həyata keçirilib. Ardınca badminton üzrə milli komandanın baş məşqçisi Morteza Validarvi idmançıların beynəlxalq turnirlərdə çıxışı və 2023-2028-ci illəri əhatə edəcək 5 illik strategiya ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycan Badminton Federasiyasının marketinq departamentinin rəhbəri Aydan Məmmədhəsənova hakimliyin inkişafı ilə bağlı görülən işlərdən danışıb. İclasda həvəskar badmintonun inkişafı ilə bağlı milli komandanın sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Orxan Qələndərov təqdimatla çıxış edib.

Ardınca İdarə Heyətinin üzvlüyünə seçki keçirilib. Gender bərabərliyinin təmin olunması məqsədi ilə ümumi səsvermə əsasında İlahə Əmirbəyova İdarə Heyətində Mirzə Orucovu əvəzləyib. Mirzə Orucov isə İdarə Heyətinin fəxri üzvü seçilib.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov bu idman növünün inkişafında müstəsna xidmətləri olan Mirzə müəllimə xüsusi xatirə hədiyyəsi verib. Taleh Ziyadovun müşaviri Çapay Məmmədov federasiyanın rəsmi saytında IT platforma, idmançıların reytinqinin hesablanması ilə bağlı sistemi təqdim olunub.

Taleh Ziyadovun sədrliyi ilə keçirilən yığıncaqda üzvlərlə açıq müzakirə təşkil edilib. İclasın yekununda çıxış edən federasiya prezidenti iki il ərzində kifayət qədər iş görüldüyünü bildirməklə yanaşı, komitələrin fəaliyyəti ilə bağlı qeydlərini bölüşüb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30