29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Bakıda FIA-nın Baş Assambleyalarının iclasları başlayıb

Bakıda Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsi davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün səhər saatlarından FIA prezidenti Mohammed Ben Sulayemin iştirakı ilə FIA Baş Assambleyasının iclasları başlayıb.
 
Qeyd edək ki, FIA həftəsində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Bakıda bir araya gəliblər.
 
İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.
 
Ümumilikdə federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndələr, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edir.
 
FIA Baş Assambleyalarının daxili iclasları dekabrın 8-dək davam edəcək. Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30