4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycanın şahmat millisi Avropa çempionatında gümüş medal qazandı

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, qadın şahmatçılardan ibarət Azərbaycan millisi son turda Serbiyanı məğlub edib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva son turda qələbə qazanıb. Birinci lövhədə çıxış edən Günay Məmmədzadə məğlub olub. Yekunda 3:1 hesablı qələbə qazanan Azərbaycan yığması 15 xalla tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına yiyələnib.

Son turda İtaliya ilə heç-heçə (2:2) edən kişilərdən ibarət millimiz isə yarışı 9 xalla 18-ci yerdə bitirib.

Qeyd edək ki, Azərbaycan millisi çempionatda 7 turda qələbə qazanıb. Yalnız bir tur gələcək çempion Bolqarıstana məğlub olub. Bir turda isə heç-heçə qeydə alınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31