29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

"Azərreyl" amerikalı legionerlə gücləndi

Qadın voleybolçulardan ibarət “Azərreyl” heyətinə daha bir legioner qatıb.
 
Futbolxeber.az saytının məlumatına görə, “dəmiryolçular” amerikalı Tauri Mejini transfer ediblər.
 
186 santimetr boya malik blokçu ilə 1 mövsümlük müqavilə imzalanıb. O, ABŞ-ın “Texas Universiteti” komandasından transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.
 
Bununla da “Azərreyl”in rəsmi müqavilə bağladığı voleybolçularının sayı 7-yə çatıb. Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın "sükanı arxasına" gətirilib.
 
Qeyd edək ki, "Azərreyl" Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final mərhələsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30