29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Yeniyetmə şahmatçılarımızdan Avropa çempionatında uğurlu çıxış

Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qız şahmatçılar arasında Avropa çempionatında 7-ci turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 12 yaşadək idmançıların yarışında təmsilçimiz Əhməd Xaqan lider Marin Pauya (İspaniya) qalib gələrək birinci pilləyə yüksəlib.

14 yaşadək iştirakçıların mübarizəsində Rüstəm Rüstəmov digər ispaniyalı Daniel Tabuenkanı məğlub edib. O, bu qələbədən sonra 6 xalla liderlər sırasındadır. 8 yaşadək qızların yarışında Mehriban Əhmədli 7-ci turda Kamil Bilot-Lauleni (Fransa) məğlub edib.

U-18 yaş qrupunda ağ fiqurlarla oynayan Xəzər Babazadə 7-ci turda Elham Abdrlaufu (Norveç) üstələyib. Hesabında 6 xal olan təmsilçimiz bu kateqoriyada lider mövqedədir.

Ayan Allahverdiyeva Rumıniya şahmatçısı Aleksia-Teodora Puini üstələyib.

Beləliklə, 7 turdan sonra müxtəlif yaş kateqoriyalarında Əhməd Xaqan, Xəzər Babazadə, Mehriban Əhmədli, Ayan Allahverdiyeva birinci, Rüstəm Rüstəmov ikinci, Məhəmməd Kazımzadə, Əsnad Baxşızadə üçüncü pillədə qərarlaşıblar.

Turnir sentyabrın 14-də başa çatacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30