29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, “Heydər Əliyev İli” çərçivəsində Su İdmanı Sarayında təşkil olunan yarışda final qarşılaşmaları ilə həm qadın, həm də kişilərin mübarizəsinə yekun vurulub.
 
Qadınlarda Nərmin Musayeva - Çinarə Quliyeva, kişilərin mübarizəsində isə Asif Əliyev - Heydər Məmmədli cütlükləri bürünc medallara sahib çıxıblar.
 
Daha sonra final oyunları baş tutub. Qadınların həlledici matçında Larisa Smeltsova - Fidan Əhmədxanova tandemi Leyla Parşkova və Fidan Fərzullayevadan ibarət komandaya 2:0 hesabı ilə qalib gələrək çempion olub.
 
Kişilərin mübarizəsində isə Vüqar Bayramov - Ülvi Rəcəbli cütünü 2:1 hesabı ilə məğlub edən Vadim Kutukov - Elmin Alışanov dueti qızıl medala sahib çıxıb.
 
Oyunların ardından mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qaliblərə diplom və medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov təqdim ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30