29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Azərbaycan kikboksçuları Avropa çempionatında uğurla çıxış ediblər

Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinin İdman təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov və “ZV Fight Academy”nin məşqçisi Ayaz Mehdiyevin tələbələri kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında uğurla çıxış ediblər.
 
Futbolxeber.az saytının məlumatına görə, onlar Türkiyənin İstanbul şəhərində keçirilən yarışda ikisi qızıl, biri gümüş və üçü bürünc olmaqla 6 medal qazanıblar.
 
Azərbaycan idmançılarından Kənan Cəfərli (57 kq) loukik versiyasında qızıl medal qazanıb. Eyni versiyada çıxış edən Ramal Həsənli (81 kq) də birinci yeri tutub. Fulkontakt növündə mübarizə aparan Əli Əmirli (48 kq) turniri gümüş medalla tamamlayıb.
 
Azərbaycanın daha 3 idmançısı - Rinat Qiyasov loukik, Bilal Nuriyev fulkontakt, Tahir Abdullayev isə kik-layt versiyasında bürünc medalın sahibi olublar.
 
Qeyd edək ki, E.Məmmədov və köməkçisi A.Mehdiyev WAKO versiyası üzrə kikboksinq təşkilatı tərəfindən yaxşı məşqçiliyə görə mükafatlandırılıblar.
 
Azərbaycan Kikboksinq Federasiyası yarışda ümumilikdə 63 medal (16 qızıl), 16 gümüş, 31 bürünc) qazanaraq 7-ci olub.
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30