30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

“Qarabağ” bu qrupda ilk 2 yer uğrunda mübarizə aparacaq” (MÜSAHİBƏ)

“ZUBİR, MEDİNA, YANKOVİÇ, ANDRADE OLMAYANDA "QARABAĞ" AZƏRBAYCAN ÇEMPİONATINDA SIRADAN BİR KOMANDAYA ÇEVRİLİR”

Millimizin sabiq futbolçusu Aslan Kərimov Futbolxeber.az saytına müsahibəsində “Qarabağ”ın Avroliqadakı şanslarını dəyərləndirib.

- “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibləri müəyyənləşdi - “Bayer Leverkuzen”, “Mölde” və “Hakken”. Püşkü təmsilçimiz üçün uğurlu saymaq olar?

- Qrup haqqında danışası olsaq, düşə biləcək çətin rəqiblər arasında birinci səbətdən bizim dişimizə uyğun rəqib oldu. "Liverpul", "Roma", "Ayaks, "Vilyareal"a qalib gəlmək şansımız heç yox idi. Lakin "Bayer Leverkuzen"dən xal almaq olar. Ötən mövsüm "Qarabağ"ın "Frayburq"a qarşı oyunu bu tip rəqiblərə qalib gələ biləcəyimizi göstərdi. Ona görə də düşünürəm ki, bu komandalar bizə uyğundur. Düzdür, "Şerif" tipdə komandalar da düşə bilərdi. Digər tərəfdən "Tuluza" düşsəydi, bizim üçün daha çətin olardı. İsveç təmsilçisinə "Qarabağ" hər 2 oyunda qalib gələ bilər. Təmsilçimiz həm maddi, həm də texniki baxımından "Hakken"i üstələyir. Bu qrupdan Konfrans Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanmaq “Qarabağ” üçüm çətin olmamalıdı. Amma səhvsiz oynasaq, qrupdan ikinci də çıxa bilərik. Ümumi olaraq, “Qarabağ” bu qrupda ilk 2 yer uğrunda mübarizə aparacaq.

- “Qarabağ”ın qrupda ilk iki yerdən birini tutması nə dərəcədə realdı?

- Bu klubların hər birinə qalib gəlmək şansımız var. 1-ci yer uğrunda belə mübarizə aparmaq olar. Fikrimcə, "Bayer Leverkuzen"in yerində "Vilyareal" olsaydı, çətin olardı. Amma almanlara qarşı oynamaq şansımız var.

- Sözlərinizdən belə başa düşdük ki, ötən illərlə müqayisədə bu dəfə qrupda rəqiblərin daha münasib olduğunu düşünürsüz?

- Bəli. Adlara baxıb fikir bildirmək olmaz. Klubların cari vəziyyətinə əsasən nəsə demək lazımdır. Hazırda “Qarabağ” “Mölde” və “Hakken”ə, həmçinin "Bayer Leverkuzen"ə qarşı oynaya bilər. Komandamızda çatışmazlıqlar var. Amma oyunda konsentrasiyanı saxlaya bilsələr, qalib gəlmək şansımız var. İndiki qrupun ağır olduğunu düşünmürəm.

- Bir qədər konkretləşdirsək, “Qarabağ” bu qrupda neçənci yeri tuta bilər?

- 1-ci yer uğrunda da mübarizə aparmaq olar. Leverkuzen təmsilçisi "Liverpul" və ya "Roma” deyil. Ötən il qrupda göstərdiyimiz oyun sübut edir ki, "Qarabağ" Almaniya təmsiçilərinə qarşı oynaya bilər.

- “Qarabağ”ın hazırkı heyəti həm ölkə çempionatında, həm də avrokuboklarda uğurla mübarizə aparmağa yetəcək?

- "Qarabağ"ın bunu bacarmaq üçün kifayət qədər legionerləri var. Komanda həm çempionatda, həm də Avroliqanın qrupunda uğurla çıxış edə bilər. Düzdür, ötən illə müqayisədə "Qarabağ"ın ehtiyat oyunçular skamyası bir qədər zəifdi. Ötən mövsüm çempionatda “Qarabağ” az şans qazanan futbolçularla belə çətinlik çəkmədən 3 xal qazanırdı. Amma bu mövsüm görürük ki, elə deyil. Məsələn, komanda "Araz-Naxçıvan"la oyunda çətin anlar yaşadı. Əsas problem yerli oyunçuların azlığıdır. Maksim Medvedevin yaşı çoxdur, Qarayev, Şeydayev getdi. Zubir, Medina, Yankoviç, Andrade olmadığı halda "Qarabağ" Azərbaycan çempionatında sıradan bir komandaya çevrilir. Bu səbəbdən "Qarabağ"ın əsas çətinliyi daxili çempionatda olacaq.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30