30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Elxan Məmmədov: "Həmin gün yaddaşımda silinməz olaraq qalır"

"Həmin gün yaddaşımda silinməz olaraq qalır".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu böyüklər arasında Azərbaycanın yeganə dünya çempionu olan cüdoçusu Elxan Məmmədov deyib.
 
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlama verən 41 yaşlı sabiq idmançı titulu əldə etməsindən 10 il ötdüyünü xatırladıb: "Yaş irəliləyir və elit idmanla vidalaşmalıyam fikirlərinə baxmayaraq, 31 yaşımda karyeramın zirvəsinə yüksəldim və dünya çempionu oldum. Hər kəsə sübut etdim ki, yaş hər zaman mühüm rol oynamır. Əzmkarlığın, ruhən gücün, nizam-intizamın sayəsində yaxşı formada qalmaq olar".
 
Məmmədov həmin günün çox gözəl və şərəfli olduğunu bildirib: "Çünki tarixdə ilk dəfə Azərbaycan bayrağı dünya çempionatında ön sırada dalğalandı. Beynəlxalq turnirlərdə bir neçə dəfə mükafatlandırılsam da, mundial fərqli idi.”.
 
Hazırda gənclərdən ibarət yığmanın baş məşqçisi kimi çalışan mütəxəssis biliklərini və təcrübəsini cüdoçularla paylaşdığını söyləyib: “Cüdo mənim həyatımdır. İndi karyeramı məşqçi kimi davam etdirirəm. Hər turnirə idmançılarla bərabər hazırlaşıram və hər bir görüşün həyəcanını onlar ilə birgə bölüşürəm. Gənclərə uğura aparan yol haqqında bəhs edirəm. Bu yol nə qədər çətin olsa da, şərəflidir, çünki sonu qalibiyyətdir. Onlara peşəkarlığı, nizam-intizamı, mənəvi və fiziki güclü olmağı öyrətməyə çalışıram. Cüdo təkcə idman növü deyil, həmçinin həyat tərzidir”.
 
Qeyd edək ki, Elxan Məmmədov 2013-cü il avqustun 31-də Braziliyanın Rio-de-Janeyro şəhərində dünya çempionu tituluna sahib çıxıb. O, karyerası ərzində 2010-cu ildə dünya üçüncüsü olub, 2017-ci ildə isə Avropa çempionatında qızıl medal əldə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30