29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

“Azərreyl”də yeni baş məşqçi

“Azərreyl”in kişilərdən ibarət komandasını Qazaxıstan millisinin baş məşqçisi Boris Qrebennikov çalışdıracaq.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Qazaxıstan və Fransa vətəndaşlığı olan mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi “Azərreyl” yüksəklərə daşımaq və Azərbaycan milli komandasına yeni adlar qazandırmaq tapşırığı qoyulub. Boris Qrebennikov, eyni zamanda Qazaxıstan yığmasında da baş məşqçi kimi işini davam etdirəcək.

65 yaşlı mütəxəssis Bakı təmsilçisinə gəlincə, müxtəlif ölkələrdə işləyib. O, Fransanın kişilərdən ibarət “Renn” klubunda oynayan məşqçi, daha sonra baş məşqçi kimi çalışıb. Bu komandaya ölkə kubokunu qazandırıb. Mütəxəssis ardınca Rusiyada “Qazprom-Yuqra” və “Ural” kimi böyük komandaların “sükanı arxasında” olub.

Tunisdə “Etual du Sahel”də də işləyən çalışdırıcı burada ölkə çempionatını və Superkubokunu qazanıb.

Qeyd edək ki, “Azərreyl”in qadınlardan ibarət komandası Cengiz Akarçeşmeyə həvalə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30