29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

“Əziz Şuşa” yarışının qalibi italiyalı velosipedçi oldu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, bu gün beşinci - sonuncu mərhələ keçirilib. Axırıncı raundda Beyləqan İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Şuşa şəhərinin girişində yekunlaşıb.

İdmançılar bu istiqamət üzrə 132,2 km məsafə qət ediblər. Son yarışda finişə hamıdan tez çatan velosipedçi yenə italiyalı Emanuele Ansaloni olub. 2-3-cü yerlərdə Rumıniya millisinin üzvləri qərarlaşıblar. İkinci yeri Kristian Raileanu, üçüncülüyü isə Adi-Narçis Marçu tutub.

Son turda da liderliyi heç kimə verməyən Ansaloni “Əziz Şuşa” turnirinin ümumi qalibi adına yiyələnərək, sarı formanı özündə saxlayıb.

Azərbaycan millisinin idmançısı Samir Cəbrayılov bu dəfə də ən yaxşı dağ velosipedçisi olaraq, qırmızı formaya layiq görülüb. Komanda hesabında İtaliyanın "Team Technipes" klubu turniri birinciliklə yekunlaşdırıb.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 7-də Bakıda start verilmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30