29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Hidayət Heydərov dünya çempionatındakı uğursuzluqdan danışdı

Azərbaycan cüdoçusu Hidayət Heydərovun Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatındakı uğursuzluğunun səbəbi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə məlumat verib.

O, 73 kq çəki dərəcəsindəki idmançının əsas medal ümidlərindən biri olduğunu, lakin zədə səbəbindən uğursuzluqla üzləşdiyini söyləyib: “Hidayət birinci görüşdən sonra dizindən zədə almışdı. İkinci dərəcəli yırtıq aşkarlanmışdı. Altı həftə məşq edə bilməyəcək. Xarakter nümayiş etdirərək, yarımfinala qədər qalib gəldi. İndiyədək başını yerə qoyaraq səhvə yol verdiyi turnir olmayıb. Heydərov müdafiə olunanda bunu etdi. Yaponlar onun hansı ayağından zədə aldığını gördülər, çünki axsayırdı. Uduzduğu görüşdə də bu amil rol oynadı”.

Baş katib hesab edir ki, Heydərovun çəkisinin çox olması performansına da təsir göstərir: “Hətta xaricdən onun üçün dietoloq da tutmuşuq. Ümid edirik ki, bu səhvdən nəticə çıxaracaq. Çünki bizim ən çox ümid bəslədiyimiz idmançılardan biridir”.

Qeyd edək ki, Hidayət Heydərov Dohadakı mundialın bürünc medal uğrunda görüşündə yaponiyalı Soişi Haşimotoya məğlub olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30