4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

NHL-də həftənin ulduzu müəyyənləşdi

Milli Hokkey Liqasında (NHL) ötən həftənin ən yaxşı oyunçusunun adı məlum olub.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, həftənin 1 nömrəli ulduzu “Nyu-York Reyncers”in hücumçusu Artemiy Panarin seçilib.

Rusiyalı hokkeyçi  4 oyunda 4 dəfə fərqlənib, 5 dəfə isə məhsuldar ötürmə müəllifi olub. “Karolina” ilə görüşdə (6:2) 31 yaşlı idmançı poker etməklə yadda qalıb.

Həftənin ikinci ulduzu 7 xal yığan “San-Xose”dən Erik Karlsson seçilib. “Arizona”nın hücumçusu Kleyton Keller isə həftənin üçüncü ulduzu adına layiq görülüb. O, 3 görüşdə 3 dəfə fərqlənməklə yanaşı, 4 məhsuldar ötürmə müəllifi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31