26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Karateçilərimizdən daha bir uğur

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarında Azərbaycan karateçiləri uğurlu çıxışlarını bu gün də davam etdiriblər. Futbolxeber.az-ın məlumatına görə, fərdi döyüşlərdə 2 qızıl və 2 gümüş medal qazan karateçilərimiz bu dəfə komanda yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. "Qəbələ" karateçiləri - Rafael Ağayev və Rafiz Həsənovun yer aldığı Azərbaycan yığması finaladək müvafiq olaraq İndoneziya, Malayziya və Əlcəzair komandalarını məğlub edib. Final görüşündə İran yığması ilə qarşılaşan karateçilərimiz rəqibə 3:1 hesabilə qalib gəlib. Bu Azərbaycanın İslamiadada qazandığı 3-cü qızıl medal olub.

Xatırladaq ki, bir gün öncə "Qəbələ" karateçisi Rafael Ağayev fərdi yarışda qızıl medala sahib olmuşdu.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30