30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Millimizin voleybolçusu: "Güclü rəqiblərlə mübarizə aparacağıq"

"Voleybol üçün çox darıxmışam. Məlum səbəblərdən bu Avropa çempionatında iştirak edə bilmirəm. Hazırda Serbiyadayam və yavaş-yavaş fiziki məşqlərə başlayıram".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin voleybolçusu Yelizaveta Krneta deyib.

26 yaşlı oyunçu yığmanın avqustun 20-də Avropa çempionatında ilk qarşılaşmasına çıxacağını xatırladıb: "İki qat sevincliyəm, çünki milli qrup oyunlarını Serbiyanın paytaxtı Belqradda oynayacaq. Çalışacağam ki, komandamın bütün matçlarını arenadan izləyim və onlara dəstək olum".

Krneta hər gün komanda yoldaşları ilə danışdığını söyləyib: "Millimiz Avropa çempionatına iki ay hazırlıq mərhələsi keçib və yoxlama görüşləri oynayıb. Mənim fikrimcə, hər kollektivdə müəyyən problemlər olur. Amma belə mötəbər yarışda çıxış edən yığmanı dəstəkləyən insanlar yalnız gözəl oyun və qələbə gözləyir. Bu Avropa çempionatında bəzi voleybolçularımız məlum səbəblərdən iştirak etmir və komandamız güclü rəqiblərlə bir qrupda mübarizə aparacaq. Düşünürəm ki, Avropa çempionatında iştirak edən hər kollektiv güclüdür. Buna görə qızlarımız hər setdə, hər matçda sona kimi mübarizə aparmalı və öz oyunlarını mükəmməl oynamalıdırlar".

Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçika seçməsinə qarşı olacaq. Qrupda həmçinin Bosniya və Herseqovina, Rusiya, Fransa və Serbiya yığmaları da yer alıb. Yelizaveta Səmədova analıq məzuniyyətində olduğu üçün heyətə daxil edilməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30