30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Cüdoçularımız Avropa kubokunda 2 medal qazandılar

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, turnirin ikinci günü Azərbaycan təmsilçisi komandanın üzvü aktivinə daha bir medal yazdırıb.

Təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) üçüncü yeri tutub.

Qeyd edək ki, Avropa kubokuna avqustun 7-də start verilib.

Yarışda Azərbaycan komandasının cüdoçuları Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Elçin Hüseynov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Camal Feyziev də (hər ikisi 100 kiloqramdan yuxarı) mübarizə aparıblar.

Yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Azərbaycanın cüdo komandası bununla yarışı iki medalla başa vurub.

Turnir iki gün davam edib. Yarışda 14 ölkədən 200-ə yaxın cüdoçu gücünü sınayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30