26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Şəhriyar və Teymur mövqeyini qorudu, Nicat, Qədir və Rauf irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2770 reytinq xalı var.

2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Nicat Abbasov 2668 xalla bir pillə irəliləyərək, 71-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2665 xalla 1 pillə - 74-cü sıraya qalxıb. 2654 xalı olan Rauf Məmmədovun da mövqeyində dəyişiklik olub. Şahmatçı 3 pillə irəliləyib və 92-ci sırada qərarlaşıb. Arkadi Naydiç isə irəliləyərək 2649 xalla 100-cü olub.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla 2-ci, çinli Dinq Liren 2791 xalla 3-cüdür.

Qadınlardan 2443 xalı olan Günay Məmmədzadə 31-ci sıradan 30-cu mövqeyə yüksəlib. 2382 xala malik Gülnar Məmmədova 1 pillə geriləyərək 81-ci sırada yer alıb. 2376 xalı olan Xanım Balacayeva da eyni sayda gerilmə ilə 90-cı yerə enib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30