26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Olimpiya məşəli Yaponiyada

Olimpiya Oyunlarının məşəli Yunanıstandan Yaponiyanın şimal-şərqində yerləşən Miyaqi bölgəsinə aparılıb.

Futbolxeber.az saytının məlumatına görə, məşəlin qarşılanma mərasimində Tokio 2020 Təşkilat Komitəsinin sədri Yesiro Mori, Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamasita, cüdo üzrə üçqat olimpiya çempionu Tadahiro Nomura və sərbəst güləş üzrə üçqat olimpiya çempionu Saori Yesida iştirak edib.

Martın 26-dan Yaponiyada məşəlin estafeti başlayacaq. Lakin yerli hökumət orqanları koronavirusun yayılma təhlükəsinə görə insanları estafetin marşrutu boyunca kütləvi cərgəyə düzülməkdən çəkinməyə çağırıb.

Yunanıstanda məşəlin alovlandırma mərasimi isə ilk dəfə azarkeşsiz keçirilib. Buna koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, 32-ci Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30