26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Tokio Olimpiadasına daha 85 xal

Türkiyənn Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı “Fatih Sultan Mehmet Kırklareli” Turu başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, 130 km-lik marşrutu ilk 3 pillədə başa vuranlar arasında Azərbaycan yığma komandasının üzvü Samir Cəbrayılov da var.

Məsafəni 3 saat, 9 dəqiqə, 36 saniyəyə bitirən Samir fotofinişə əsasən 2-ci nəticə göstərib. Yeri gəlmişkən, yığmamızın digər üzvü Elçin Əsədov da lider qrupun içində yer alıb və 5-ci yeri tutub.

Beləliklə, Samirin 2-ci, Elçinin isə 5-ci yeri Azərbaycan yığma komandasının aktivinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 45 xal (30+15) qazandırıb.

Xatırladaq ki, bu yarışdan bir gün öncə təşkil edilən “Fatih Sultan Mehmet Edirne” Turunda Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 6-cı olmaqla reytinqimizi daha 40 xalla (30+10) zənginləşdirmişdi.

2 gün ərzində 85 lisenziya xalı qazanan yığma komandamız Beynəlxalq Velosipedçilər İttifaqının Olimpiya reytinqində xallarını 836-ya çatdırıb və 5 pillə irəliləməklə Olimpiya reytinqində 114 ölkə arasında 44-cü yerə qalxıb.

Türkiyə yarışlarını uğurla başa vuran komandamızın növbəti sınağı Malayziyada olacaq. Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığmamız oktyabrın 15-19-da 5 mərhələdən ibarət 2.1 kateqoriyalı “Peninsula” Turunda iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30