26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Bakıda Ümumdünya Velosiped Günü qeyd edildi

3 iyun - Ümumdünya Velosiped Günü lə əlaqədar Bakıda daha bir velosiped yürüşü təşkil edilib.

Futbolxeber.az saytının məlumatına görə, Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə baş tutan yürüşdə 50-dən artıq velosipedçi iştirak edib.

Veloyürüş iştirakçıları arasında Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev və səfirlik əməkdaşları, digər xarici ölkələrin diplomatik nümayəndəliklərinin işçiləri, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançıları olub.

Tədbir Dövlət Bayrağı Meydanından başlamaqla Xalça Muzeyinin yanında başa çatıb. Qeyd edək ki, 2018-ci ilin aprel ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında Türkmənistan nümayəndə heyətinin təşəbbüsü və 56 ölkənin həmmüəllifliyi ilə 3 iyun tarixinin Ümumdünya Velosiped Günü elan edilməsi ilə bağlı qətnamə qəbul edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30