26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

"Qəbələ"nin boksçuları beynəlxalq turnirdə

“Qəbələ” İdman Klubunun boksçuları Ukraynada təlim-məşq toplanışına başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, klubun boks bölməsinin rəhbəri Fariz Məmmədovun başçılığı altında Krivoy Roq şəhərinə yollanan idmançılar hazırlıq prosesi çərçivəsində klublararası beynəlxalq yoxlama turnirində də qüvvəsini sınayacaq.

Yarışda boksçularla birgə toplanış keçən “Leather Gloves” (Özbəkistan), DKD (Gürcüstan) və yerli KB-75 klubları da mübarizə aparacaq. Oktyabrın 10-da turnirin çəki mərasimi, püşkatma, həmçinin mətbuat konfransı təşkil olunacaq. Ertəsi gün komandalar arasında yarımfinal matçları keçiriləcək. Oktyabrın 12-də isə final və 3-cü yer uğrunda matç olacaq.

Baş məşqçi Ramiz Mirkamilov bu görüşlərdə hazırlıq prosesinə qatılan 7 boksçuya güvənəcək. Bunlar Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlıdır (+91 kq).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30