26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Synergy Baku”dan mövsümdə ilk qalibiyyət

Ölkəmizin şosse velosipedi üzrə “Synergy Baku Cycling Project” kontinental komandası 2018-ci ildə ilk uğuruna imza atıb - Türkiyənin Alanya şəhərində keçirilən birgünlük Alanya Qran-Prisi Elit yığmamızın və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb.

Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 175 km-dən ibarət 1.2 kateqoriyalı yarışında ümumilikdə 21 komanda iştirak edib.

Alanya Qran-Prisində Elçin Əsədov, Elgün Əlizadə, Kiril Pozdnyakov, Ənvər Asanov, Samir Cəbrayılov, Musa Mikayılzadə və Aleksandr Polivadadan ibarət heyətlə mübarizə aparan “Synergy Baku”nun əla komanda işinin nəticəsi olaraq Kiril Pozdnyakov məsafəni 4 saat, 3 dəqiqə, 42 saniyəyə başa vurub və ən yaxın izləyicisini 1 dəqiqə, 20 saniyə qabaqlamaqla “solo-finiş” edib.

Bu qalibiyyət velosipedçimizə həmçinin 40 reytinq xalı da qazandırıb. Bundan başqa, finişi 4-cü keçən Polivada komandamızın aktivinə daha 20 xal əlavə edib.

Qeyd edək ki, “Synergy Baku”nu həftəsonu Türkiyədə keçiriləcək daha bir yarış gözləyir - velosipedçilərimiz fevralın 22-25-də təşkil olunacaq 2.2 kateqoriyalı, 4 mərhələdən ibarət Antalya Turunda mübarizə aparacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30